Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkədə fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması haqqında qərar qəbul edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, qərar aprelin 19-da yerli vaxtla saat 01:00-da qüvvəyə minəcək. Fövqəladə vəziyyət rejimi ölkə ərazisində iyulun 19-dək davam edəcək.
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi ötən il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddən sonra tətbiq edilib və daha sonra üç ay müddətinə uzadılıb.
Modern.az