Modern.az

Vergi ödəyicilərinə 27 0758 “ASAN İmza” sertifikatı verilib

Vergi ödəyicilərinə 27 0758 “ASAN İmza” sertifikatı verilib

18 Aprel 2017, 21:30

Bu il aprelin 1-nə vergi ödəyicilərinə, ümumilikdə 27 0758 sayda “ASAN İmza” sertifikatı verilib. Modern.az xəbər verir ki, bu barədə “Report”a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu ilin mart ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 24680 zəng cavablandırılıb.

Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 246 596 SMS, ikitərəfli mesaj xidmətinin istifadəçilərinə isə 85902 SMS göndərilib.

Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə mart ayı ərzində 447 350 daxilolma qeydə alınıb.

Vergi ödəyicilərinə xidmət strukturlarında 42550 vətəndaş qəbul edilib və onlara 62 417 sayda xidmət göstərilib.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum