Modern.az

“Vikiliks”: "ABŞ Dövlət Departamenti müxalifəti gizli şəkildə dəstəkləyir”

“Vikiliks”: "ABŞ Dövlət Departamenti müxalifəti gizli şəkildə dəstəkləyir”

Təhsil

18 Aprel 2011, 12:37

ABŞ Dövlət Departamenti Suriya müxalifətçilərini gizli şəkildə dəstəkləyib və 2009-cu ildən müxalifətyönlü “Barada” TV-ni maliyyələşdirib. Bu barədə məşhur “Vikiliks” saytının açqladığı gizli diplomatik sənədlərdən bəlli olub. Modern.az "Nyusru.co.il” saytına istinadən bildirir ki, bu pulların müxalifətə verilməsi 2005-ci ildə keşmiş prezident Corc Buş Dəməşqdəki səfiri geri çağırandan sonra başlanıb.
"Vaşinqton Post” qəzeti isə yazıb ki, ABŞ Dövlət Departamenti Suriya müxalifətçilərinin “İnkişaf və Ədalət Hərəkatı”na 6 milyon dollar verib. 

Sənəddə bildirilir ki, Suriya müxalifətçilərinin maliyyələşməsi 2010-cu il ərzində davam etdirilib. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?