Modern.az

“Mən Ben Ladeni necə öldürdüm” – Amerikalı xüsusi təyinatlının XATİRƏLƏRİ

“Mən Ben Ladeni necə öldürdüm” – Amerikalı xüsusi təyinatlının XATİRƏLƏRİ

18 Aprel 2017, 22:35

“Robert O`Nil “Xüsusi təyinatlı: Ben Ladeni öldürən atəşləri necə açdım” adlı xatirələr kitabında Üsəma Ben Ladeni tək özünün öldürdüyünü deyib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, roman O`Nilin və onun 5 döyüş yoldaşının Ben Ladenin Pakistanın Abbasabad şəhərində yerləşən gizli mənzilinə gəlməsi ilə başlayır.

 

“Biz 2-ci və 3-cü mərtəbələri birləşdirən binaya yaxınlaşdıq. Orada Ben Ladenin ölmüş arvadının yanında avtomatla dayanmış 22 yaşlı oğlu Xalidi gördük. Bu zaman anladıq ki, 1 nömrəli terrorçu yuxarıdadır. Xalidin üzünə atəş açaraq pilləkənlərlə yuxarı qalxmağa başladıq. Bu zaman nəhayət Ben Ladenin öləcəyini düşünürdüm.

 

Dostuma işarə verərək avtomatı doldurduq və pərdələrin arxasına atəş açdıq. Digər 2 qadını hərbçilər yerə yıxdılar və beləliklə, qarşımızda dünyanın axtarışda olan 1 nömrəli terrorçusu dayanırdı. Ben Laden gənc arvadını qalxan kimi istifadə etmək niyyətində idi. Amma 1 saniyədən də az müddətdə düşünərək dərhal qadının sağ çiyni üzərindən nişan aldım və 2 dəfə tətiyi çəkdim. Ben Ladeni başından vurdum və o yerə sərildi”.

 

Robert O`Nil 2012-ci ildə ictimaiyyətin kəskin diqqətinə görə hərbi xidməti sonlandırdığını deyib. O, Ben Ladeni öldürməsinə görə qürurlandığını və digər “dəniz pişikləri”nin buna görə ona nifrətlə baxdıqlarını deyib.

 

Vüqar İSMAYILOV

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu