Modern.az

Putin də Ərdoğanı təbrik etdi        

Putin də Ərdoğanı təbrik etdi        

18 Aprel 2017, 22:54

Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, danışıq Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Vladimir Putin türkiyəli həmkarını aprelin 16-da keçirilmiş referendumun nəticələri ilə bağlı təbrik edib.

Telefon danışığı zamanı dövlət başçıları, həmçinin Suriya məsələsini də müzakirə ediblər. Prezidentlər Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadənin dəqiq və qərəzsiz araşdırılması zəruriliyini qeyd ediblər.  

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu