Modern.az

Türkiyədə edam cəzası bərpa edilərsə...

Türkiyədə edam cəzası bərpa edilərsə...

Dünya

19 Aprel 2017, 00:34

“Türkiyənin üzünə qapıları bağlamaq Avropanın öz qapısına qol vurması deməkdir”.  Modern.az Axar.az-a istinadən  xəbər verir ki, bu sözləri Avropa Parlamentinin (AP) rəhbəri Antonio Tajani Türkiyədəki son siyasi durum haqqında danışarkən deyib.

Diplomat bildirib ki, Türkiyədə edam cəzası bərpa edilərsə, bu ölkə AB perspektivinin xaricində qalacaq: “Biz Ərdoğan əleyhdarları ilə tərəfdarları arasında vasitəçi olmalıyıq. Türkiyə AB-nin həmfikri olaraq qalmalıdır”.

Qeyd edək ki, konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumdan sonra AP-nin Türkiyə üzrə nümayəndəsi bu ölkənin AB-yə qatılmayacağını bəyan etmişdi.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU