Modern.az

Çempionlar Liqasının ilk yarımfinalçıları bəlli oldu

Çempionlar Liqasının ilk yarımfinalçıları bəlli oldu

19 Aprel 2017, 01:25

Futbol üzrə Çempionlar Liqasının ilk yarımfinalçıları müəyyənləşib. Modern.az xəbər verir ki, İspaniyada "Real Madrid"lə Almaniyanın "Bavariya" komandasını qəbul edib. Qarşılaşmanın əsas vaxtı münhenlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə "Real Madrid"  eyni hesabla qalib gəldiyindən, oyunda əlavə vaxt oynanıldı. Uzatma dəqiqələrində azlıqda qalan rəqibinin qapısına daha 3 dəfə yol tapan “Kral klubu” yarımfinala çıxıb.

Digər oyun isə İspaniyanın "Atletiko" və İngiltərənin "Lester" klubu arasında keçirilib. "Atletiko" səfərdəki ilk görüşdən 2:1 hesablı üstünlüklə ayrıldıqdan sonra evdə də uduzmayıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb. Beləliklə, "Atletiko Madrid" klubu yarımfinal mərhələsinə yüksəlib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu