Modern.az

BMT-də yeni rəhbər TƏYİNATI

BMT-də yeni rəhbər TƏYİNATI

19 Aprel 2017, 09:08

BMT-nin baş katibi Antoniu Quterreş almaniyalı Akim Stayneri BMT İnkişaf Proqramının yeni administratoru təyin edib.

Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir.

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib ki, Staynerin namizədliyi BMT-nin Baş Assambleyası tərəfindən təsdiq edilməlidir.

Cüjarrik əlavə deib ki, Akim Stayner daha əvvəl BMT-də bir neçə yüksək vəzifədə çalışıb, o cümlədən Ətraf Mühit üzrə BMT Proqramının icraçı direktoru vəzifəsində (2006-2016). Bundan əlavə, o, Nayrobidə BMT-nin nümayəndəliyinə(2009-2011) və Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyə rəhbərlik edib (2001-2006).

BMTİP-in administratorunun postunda 55 yaşlı Stayner 67 yaşlı Helen Klarkı əvəz edəcək.

Qeyd edək ki, BMTİP dünyanın 160-dan çox ölkəsində çalışır. BMTIP onlara əhalinin həyat səviyyəsinin yüksəldilməsində və sosial-iqtisadi proqramların həyata keçirilməsində yardım edir.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu