Modern.az

Türkiyənin tanınmış aktyoru öldü

Türkiyənin tanınmış aktyoru öldü

19 Aprel 2017, 11:00

Türkiyənin tanınmış aktyoru Bülent Kayabaş 72 yaşında vəfat edib.

Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata görə, Bülent Kayabaş bir müddətdir ağciyərində yaranan xəstəlikdən müalicə olunub.

Qeyd edək ki, B.Kayabaş 1945-ci ildə Eskişehirdə anadan olub. 1961-ci ildə Eskişehir Belediye Teatrında professional teatr aktyoru kimi fəaliyyətə başlayıb. Bir çox tamaşalarda, filmlərdə və seriallarda rol alıb. 

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu