Modern.az

Azərbaycanda 10631 əcnəbi rəsmi işçi statusunda fərdi uçota durub

Azərbaycanda 10631 əcnəbi rəsmi işçi statusunda fərdi uçota durub

Təhsil

18 Aprel 2011, 13:18

2011-cu ilin birunci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 4,4 faiz artıb. Aprelin 1-i tarixinə olan statistikaya əsasən, bu artımdan sonra fərdi uçot sistemindəki əcnəbilərin sayı 10 631 nəfər təşkil edir.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşları digər ölkələrlə müqayisədə nisbətən coxdur. Belə ki,  fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə lik yerdə qərarlaşan Türkiyə vətəndaşlarının sayı 6146 nəfər, ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1391 nəfər, üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə 588 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (354 nəfər), Hindistan (268), Çin Xalq Respublikası (145), Bosniya və Herseqovina (127), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (120), Özbəkistan (111), Pakistan İslam Respublikası (94),  Ukrayna (88),  Filippin (88), Almaniya (84), Malayziya (80), Qazaxıstan (71), Türkmənistan (66), ABŞ (58), İtaliya (58) və s. ölkələr gəlir.
             
2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçiriən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlırləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?