Modern.az

Razi Nurullayev REAL-ın fəaliyyətini qiymətləndirmədi  

Razi Nurullayev REAL-ın fəaliyyətini qiymətləndirmədi  

19 Aprel 2017, 15:05

“Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalarla, ictimai birliklərlə, siyasi hərakatlarla əməkdaşlığımız üçün biz tərəfdən heç bir problem yoxdur”.

 

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adına iddia edən Razi Nurullayev Modern.az-a açıqlamasında deyib.

Razi Nurullayev bildirib ki, REAL Hərakatı ilə də əməkdaşlıq üçün heç bir problem yoxdur.

 

“Biz həmçinin bütün siyasi partiyalara, təşkilatlara geniş əməkdaşlıq üçün məktub da göndərmişik. Əgər həmin partiyalar, təşkilatlar bizimlə danışığa hazırdırlarsa, biz də buna hazırıq”.

 

O, bildirib ki, biz Azərbaycanda fəaliyyət göstərən partiyalar, təşkilatlar arasında ancaq siyasi məsələlər istiqamətində əməkdaşlıq edə bilərlər.

 

“Bu danışıqlar da Azərbaycanın demokratikləşməsi ilə bağlı ola bilər. Ən önəmlisi də 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədardır. 2018-ci ildə keçiriləcək seçkilərdə xalqın daha da fəallaşdırılması, Seçki Məcəlləsinin demokratikləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması üçün səylərin göstərilməsi, beynəlxalq təşkilatların da bu məsələyə cəlb edilməsi ətrafında əməkdaşlıq oluna bilər”.

 

O, REAL Hərəkatının fəaliyyətini qiymətləndirə bilməyəcəyini də qeyd edib.

 

“Çünki mən qiymətləndirmə təşkilatının rəhbəri deyiləm. Mən siyasi partiyanın sədriyəm. Ona görə də Azərbaycanda fəaliyyət göstərən təşkilatların reytinqini sizə deyə bilmərəm. Mən REAL Hərakatının fəaliyyətinə də normal yanaşıram”.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu