Modern.az

Ukraynada daha bir partiya Saakaşvilini dəstəklədi

Ukraynada daha bir partiya Saakaşvilini dəstəklədi

19 Aprel 2017, 15:31

Ukrayna Ali Radasında təmsil olunan “Volya” (İradə) partiyası Mixail Saakaşvilinin yaratdığı “Yeni Qüvvələrin Hərəkəti” partiyası ilə birləşib.

 

Modern.az xəbər verir ki, bu barədə “Volya” partiyasının rəsmi nümayəndələri bildirib.

 

Mxail Saakaşvili ilə isə videomüraciətlə çıxış edərək 9 mer və 500 yerli deputatın onun siyasi gücünə qatıldığını deyib. Sabiq Gürcüstan prezidenti Ukraynada növbəkənkənar parlament seçkilərinin keçirilməsinə nail olmağa çalışacaqlarını deyib.

 

Vüqar İSMAYILOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu