Bu gün futbol üzrə Çempionlar Liqasında daha iki cavab oyunu keçirilib. Modern.az xəbər verir ki, oyunlardan biri İspaniyada, digəri Fransada oynanılıb. Doğma meydanda "Yuventus”u qəbul edən "Barselona” səfərdəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxa bilməyib. Qolsuz bərabərliklə başa çatan oyun sonrası yarımfinala çıxan komanda "Yuventus” olub.
Digər oyunda "Monako" Dortmund "Borussiya”sını 3:1 hesabı ilə məğlub edib və 6:3 (ilk oyun 2:3) hesablı nəticə ilə yarımfinalda oynamaq şansı qazanıb.
Modern.az