Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib. Bildirib ki, Dövlət İmtahan Mərkəzinin ödənişli xidmətlərindən faydalanmaq istəyən istifadəçilər "Şəxsi kabinet"lərinin hesabına tələb olunan məbləği əlavə etməlidirlər. Bunun üçün onlar payment.dim.gov.az portalında təqdim olunan ödəniş üsullarından istifadə edə bilərlər.
Modern.az xəbər verir ki, nağd şəkildə “Şəxsi kabinet”in hesabına birbaşa vəsait əlavə etmək istəyənlər qeyd olunan ödəmə terminallarında “Dövlət İmtahan Mərkəzi” bölməsindən istifadə edə bilərlər.
Easypay termialı vasitəsilə ödəniş etmək üçün terminalda “Digər ödənişlər” hissəsinə daxil olub Dövlət İmtahan Mərkəzini seçməklə ödəniş edə bilərsiniz.
EManat, MilliÖN ödəmə terminalları vasitəsilə “Şəxsi kabinet”ə vəsait əlavə etmək üçün terminalda “Təhsil” bölməsinə daxil olub Dövlət İmtahan Mərkəzini seçməklə birbaşa ödəniş etmək mümkündür.
Modern.az