Modern.az

Binəqədi-Novxanı yolunda maraqlı HADİSƏ: Sürücü “Azəravtoyol”un işinə pəl vurdu - FOTOLAR

Binəqədi-Novxanı yolunda maraqlı HADİSƏ: Sürücü “Azəravtoyol”un işinə pəl vurdu - FOTOLAR

20 Aprel 2017, 12:16

Bakının Binəqədi-Novxanı yolunda maraqlı hadisə baş verib. Modern.az xəbər verir ki, hadisə barədə “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli məlumat paylaşıb:

“Binəqədi-Novxanı yolu təmir olunur, bu üzdən təmir gedən ərazidə yol bağlıdır. Bir sürücü gəlib ki, bəs onu təmir olunan yola buraxmalıdırlar ki, keçsin. Başa salmağa çalışıblar ki, olmaz, yola asfalt vurulur. Sürücü də acığa düşüb, maşınını verib düz qreyderin təkərinin altına, saxlayandan sonra da çıxıb gedib... İndi qreyderi çıxara bilmirik”.

A.Nəcəfli hadisə yerindən fotoşəkilləri də təqdim edib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu