“Sərnişin təhlükəsizlik xəttini keçdiyi üçün relslərin üstünə yıxılıb”.
Bu haqda Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, hadisə aprelin 19-da saat 22:44-də baş verib:
“İlkin məlumata görə sərnişin içkili olub. O, təhlükəsizlik xəttini keçib və diqqətsizlikdən yıxılaraq xəsarət alıb. Dərhal təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib”.
1 saylı Kliniki Tibbi Mərkəzdən Modern.az-a verilən məlumata görə, zərərçəkmiş hazırda koma vəziyyətindədir. O açıq kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Gülşən RAUFQIZI