Ölkəyə qanunsuz olaraq siqaret gətirən şəxslər saxlanılıb.
Bu haqda Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında Gürcüstan Respublikası istiqamətindən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz-21011" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin salonundan 2340 ədəd "Davidoff" markalı siqaretlər, eyni zamanda avtomobilin arxa və ön oturacaqlarının altından, salonundan gömrük nəzarətindən gizlədilən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 9000 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Gülşən RAUFQIZI