Modern.az

Milli Məclisin qapalı iclasının keçirilməsi qaydaları dəyişdirilir

Milli Məclisin qapalı iclasının keçirilməsi qaydaları dəyişdirilir

19 Aprel 2017, 14:21

Azərbaycan Milli Məclisinin qapalı iclasının keçirilməsi qaydaları dəyişdirilir.
 
APA-nın məlumatına görə, bu, Milli Məclisin daxili Nizamnaməsinə ediləcək dəyişikliklərdə əksini tapıb.
 
Nizamnamənin 3-cü maddəsinin ikinci hissəsinin təklif olunan yeni redaksiyasına əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin IV hissəsinə uyğun olaraq Milli Məclisin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası prezidentinin təklifi ilə Milli Məclisin sessiyasının qapalı iclası keçirilə bilər”.
 
Maddənin qeyd olunan hissəsinin hazırda qüvvədə olan variantı isə belədir:

 

“Milli Məclisin qapalı iclaslarının məzmunu haqqında məlumatlar aşkarlana bilməz və yalnız Milli Məclisin deputatları tərəfindən onların Milli Məclisdəki fəaliyyətində istifadə edilə bilər”.
 
Layihə parlamentin birgə komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu