Modern.az

Avtomobil idxalı artıb, azalıb? - RƏQƏMLƏR

Avtomobil idxalı artıb, azalıb? - RƏQƏMLƏR

20 Aprel 2017, 14:43

Ekspertlər Azərbaycana idxal olunan avtomobillərin sayının kəskin azaldığını bildirsələr də, rəsmi rəqəmlər ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayının artdığını göstərir.

Modern.az Dövlət Gömrük Komitəsinin rəsmi məlumatlarına əsasən bildirir ki, 2017-ci ilin ilk 3 ayında Azərbaycana 2903 avtomobil idxal edilib. İdxal olunan avtomobillərin sayı  yanvarda 469, fevralda 1003, martda isə 1431 olub.

 

2016-cı ilin analoji dövründə isə cəmi 2620 avtomobil idxal olunub. Ötən il ölkəyə idxal olunan avtomobillərin sayı yanvarda 437, fevralda 821, martda 1362 olub.

 

2017-ci ilin ilk 3 ayında idxal edilən 2903 avtomobildən 35-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri;

2457 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri;

375 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri;

38 ədədi xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu