Modern.az

Ermənistan cəbhəyə göndərdiyi əsgərlərə 10 min dollar vəd edir

Ermənistan cəbhəyə göndərdiyi əsgərlərə 10 min dollar vəd edir

20 Aprel 2017, 15:03

Ermənistan Müdafiə Nazirliyi hərbi xidmətlə bağlı yeni təklif verib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ictimai müzakirələrə çıxarılan təklif bir neçə proqramdan ibarətdir.

 

Təklif olunur ki, təmas xəttində hərbi xidmət keçmək istəyən şəxslər 3 il müddətinə orduda xidmət edəcəklər. Xidmətlərinin 6-cı ayından başlayaraq onlar 1+1+2 sisteminə - yəni 1 həftə evdə olacaqlar, 1 həftə döyüş növbəsinə hazırlıq keçəcəklər və 2 həftə ön xətdə xidmət edəcəklər. Bu qanun sayəsində erməni hərbçi 3 illik xidmətinin 7 ayını evində keçirəcək.

 

3 illik hərbi xidmət müddəti başa çatdıqdan sonra isə hərbçiyə 5 milyon dram (10 min dollar) pul ödəniləcək. Həmin pul yalnız 3 istiqamətdə - ev almaq, mini-ferma tikmək, yaxud təhsilini davam etdirməyə xərcləyə bilər.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu