Modern.az

İctimai Palatanın növbədənkənar iclası keçirilib

İctimai Palatanın növbədənkənar iclası keçirilib

Təhsil

18 Aprel 2011, 17:19

Müsavat Partiyasının qərargahında İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) növbədənkənar iclası keçirilib. KŞ üzvü Aqil Səmədbəylinin Modern.az –a verdiyi məlumata görə, iclasda aprelin 17-də keçirilmiş aksiyanın nəticələri, ölkədəki mövcud ictimai-siyasi durum və digər məsələlər müzakirə olunub. İP KŞ aprelin 17-nə təyin olunmuş aksiyanı baş tutmuş hesab edib.

Keçirilən iclasda İctimai Palatanın aprelin 23-nə təyin olunmuş sessiyası aprelin 29-na keçirilib.

Sessiyada növbəti aksiya bağlı İP KŞ-nın təklifləri müzakirə olunaraq müvafiq qərar qəbul olunacaq.
Aprelin 23-də isə Müsavat Partiyasının qərargahında dəyirmi masa keçiriləcək. Bu günkü iclasda İctimai Palatanın Qadınlar Şurası yaradılıb. AXCP sədrinin müavini Gözəl Bayramlı bu qurumun sədri təyin olunub.


  Anar Rüstəmov
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?