Modern.az

Rusiyada azərbaycanlılar arasında kütləvi BIÇAQLAŞMA: ölən və yaralananlar var

Rusiyada azərbaycanlılar arasında kütləvi BIÇAQLAŞMA: ölən və yaralananlar var

20 Aprel 2017, 16:15

Rusiya Federasiyasının Voronej şəhərində azərbaycanlılar arasında dava olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə nəticəsində 6 nəfərin bıçaqlandığı bildirilir. Bıçaqlananlardan biri - Ağcabədi rayonunun Köyük kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Səttar oğlu ölüb.

Müxtəlif xəsarətlər alan digər şəxslərin vəziyyətinin ağır olduğu, onlardan durumu daha kritik olan iki nəfərin Voronejdə xəstəxananın reanimasiya şöbəsində müalicə edildiyi bildirilir.

Hadisə doğum günü münasibətilə "Vstreça" kafesində təşkil olunan məclisdə baş verib.

Qonaqlar arasında hələlik bilinməyən səbəbdən başlayan mübahisə bıçaqlaşma ilə nəticələnib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu