Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun anası vəfat edib. Bu barədə “Yeni Müsavat”a məlumat verən mənbə bildirib ki, Gəncə şəhərinin rəhbərliyi büdcə təşkilatlarında çalışan işçilərin S.Hüseynovun anasının yas mərasimində iştirakını qeyri-rəsmi qadağan edib. Əhaliyə xəbərdarlıq olunub ki, kim S.Hüseynovun anasının yas mərasimində iştirak etsə, cəzalandırılacaq. Hətta polis yas mağarını sökmək istəyib.
S.Hüseynovun işə qarışmasından sonra bu problem aradan qalxıb.
Polkovnik Sürət Hüseynovun 1993-cü ildə qaldırdığı qiyam nəticəsində AXC hakimiyyəti devrilib. Bu qiyam ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranıb. Mərhum Heydər Əliyevin Bakıya dəvət edildikdən sonra S.Hüseynov baş nazir təyin edilib. Daha sonra 1995-ci il mart hadisələrindən sonra Rusiyaya qaçıb. Moskvada həbs olunan S. Hüseynov Azərbaycanda həbsxanada yatıb.
2004-cü ildə prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb. O vaxtdan sonra sonra S.Hüseynov aktiv siyasi həyata qayıtmayıb.
Modern.az