Modern.az

“Avtovağzal heç vaxt Nəqliyyat Nazirliyinin tabeliyində olmayıb” - Rəsmi AÇIQLAMA

“Avtovağzal heç vaxt Nəqliyyat Nazirliyinin tabeliyində olmayıb” - Rəsmi AÇIQLAMA

20 Aprel 2017, 17:02

Bakı Beynəlxalq Avtovağzalının Nəqliyyat,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən alınaraq, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininə verildiyi barədə yayılan xəbərlərə Nəqliyyat,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi münasibət bildirib.

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin tabeliyində olmayan bir qurum ondan necə alına bilər?

“Bakı Beynəlxalq Avtovağzalı heç bir zaman keçmiş Nəqliyyat Nazirliyinin tabeliyində olmayıb. Buna görə də Nəqliyyat,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyin də strukturuna və tabeli qurumları sırasına daxil edilməyib”.


Bakı Beynəlxalq Avtovağzalı 2009-cu ilin fevral ayından etibarən fəaliyyətə başlayıb.
Hazırda Avtovağzaldan respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri işləyir.


Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu