Modern.az

Moskva universitetlərindən birində bomba həyəcanı

Moskva universitetlərindən birində bomba həyəcanı

20 Aprel 2017, 19:00

Moskvada Skolkovo Açıq Universitetinin bufetində sahibsiz çanta tapılması nəticəsində 100-ə yaxın adam təxliyə olunub.

 

Modern.az-ın məlumatına görə, hadisə ilə əlaqədar binaya mütəxəssislər çağırılıb.

 

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, çanta heç bir təhlükə törətmir.

 

Hazırda universitet binasına giriş-çıxışa icazə verilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu