Modern.az

Metroda qatar relsinə yıxılan şəxs narkotik aludəçisi olub

Metroda qatar relsinə yıxılan şəxs narkotik aludəçisi olub

20 Aprel 2017, 20:15

Dünən axşam saatlarında metronun "Nizami" stansiyasında özünü qatar relsinin üzərinə atan Fərid İmanov narkomaniyadan əziyyət çəkir. Modern.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında F.İmanovun yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov bildirib.

Baş həkim bildirib ki, xəstə hazırda komadan ayılıb: "Xəstə komada deyil. Onun açıq kəllə-beyin travması var. Amma hazırda onu süni yolla yatızdırırlar ki, oyanıb özünə xəsarət yetirməsin. Hazırda xəstənin müalicəsi davam etdirilir".

Xatırladaq ki, aprelin 19-da axşam saat 22:44 radələrində metronun "Nizami" stansiyasında, 1985-ci il təvəllüdlü Fərid İmanov özünü qatar relslərinin üzərinə atıb. F.İmanov metro nəzarətçilərinin köməyi ilə relslərin üzərindən götürülərək təcili xəstəxanaya çatdırılıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu