Modern.az

Səfər Əbiyev Türkiyənin quru qoşunları komandanını qəbul edib

Səfər Əbiyev Türkiyənin quru qoşunları komandanını qəbul edib

Təhsil

18 Aprel 2011, 18:17

Aprelin 18-də Azərbaycana rəsmi səfərə gələn Türkiyə Respublikasının quru qoşunları komandanı ordu generalı Erdal Ceylanoğlunun müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanda Azərbaycan və Türk şəhidliyini ziyarət etdikdən sonra türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib.

Geniştərkibli görüşdə Səfər Əbiyev ordu generalı E.Ceylanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini səmimi salamlayaraq Türkiyə ilə Azərbaycanı birləşdirən qırılmaz tellərin getdikcə bərkidiyini və bu qardaşlıq əlaqələrinin hər iki ölkənin milli və dövlətçilik maraqlarına söykəndiyini bildirib. Eyni fikri bölüşən türkiyəli qonaq da bu qardaşlığın daha yüksəklərə ucaldılmasının vacibliyini vurğulayıb.

Hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri görüş zamanı aparılan müzakirələrin əsas mahiyyətini təşkil edib.  

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulisi Kılınç və Türkiyənin Azərbaycandakı hərbi attaşesi briqada generalı Özhan Ayaş iştirak edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?