Modern.az

İsa Qəmbər: “Birinci mərhələ yekunlaşdı...”

İsa Qəmbər: “Birinci mərhələ yekunlaşdı...”

18 Aprel 2011, 18:45

Aksiyaların davam edəcəyini deyən Müsavat başqanı hazırda növbəti aksiyanın vaxtı ilə bağlı konkret qərarın olmadığını deyib

“Hesab etmək olar ki, İctimai Palatanın cəmiyyətə və dünyaya təqdim olunmasının birinci mərhələsi yekunalaşıb. Bu mərhələ üşün 2 və 17 aprel aksiyaları çox önəmlidir”. Modern.az saytı xəbər verir ki, bu sözləri "Azadlıq" radiosunun canlı efirində Müsavat başqanı İsa Qəmbər 17 aprel aksiyasının nəticələri barədə danışarkən bildirib.

Müsavat başqanı aksiyanın alınmaması barədə KİV-də səslənən ayr-ayrı mövqelərlə razılaşmadığını deyərək qeyd edib ki, İctimai Palatanın iflasa uğradığını deyən insanlara təəccüb edir.

“Əksinə, İctimai Palatanın möğvqeyi gündən-günə güclənir. Bu qurum hakimiyyət tərəfindən alternativ quvvə kimi görülür. Digər tərəfdən İctimai Palata beynəlxalq miqyasda qəbul olunmağa başlayıb. Bu göstəricilərdən biri kimi diplomatik korpusun  İP-lə çox önəmli və əhatəli görüş faktını göstərmək olar. Proses İctimai Palatanın gücünü və önəmini hiss etdirir”-deyə İ.Qəmbər vurğulayıb.

17 aprel aksiyasına insanların az gəlməsi ilə bağlı iddiaya münasibətini bildirən Müsavat başqanı qeyd edib ki,  hakimiyyət bu dəfə fərqli tərpənib. Belə ki, əgər 2 aprel mitiqində polis yalnız Fəvvarələr meydanını mühasirəyə almışdısa, bu dəfə hakimiyyət təkcə “Sahil” bağını  yox, ətraf küçələri də nəzarətə götürmüşdü.
“Bu baxımdan insanların bir yerə toplanması mümkün olmayıb. Biz nəyin bahasına olursa olsun Sahil bağına girmək istəmirdik ki? Söhbət odur ki, xalq hərəkət eləmək istəyir”.

Müsavat başqanı bildirib ki, müxalifətin etriaz aksiyaları davam edəcək. “Aksiyalar davam edəcək. Növbtəti aksiyanın zamanı ilə bağlı konkret qərar yoxdur. Bugünkü müzakirələrdə ümumi rəy bundan ibarət oldu ki, partiyalarda situasiya dəyərləndirilsin. Müəyyən diskusiyyalardan sonra addımlar müəyyən ediləcək”-deyə İ.Qəmbər vurğulayıb.

İctimai Palataya daxil olan partiya sədrlərinin aksiyalara çıxmamaları ilə bağlı tənqidlərə toxunan Müsavat başqanı qeyd edib ki, bu barədə qərar vermək təkcə ondan asılı məsələ deyil.

“Bizim hansısa mitinqdə iştirak edib-etməməklə uzağagedən nəticələr çıxarmağa tələsməyin. Partiya yoldaşlarım nə zaman lazım bilsələr, o zaman mitinqə mən də qatılacağam”-deyə İ.Qəmbər vurğulayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər