Azərbaycan Respublikasının prezidenti Roma Papası XVI Benediktə təbrik məktubu göndərib. Təbrikdə deyilir:
- Zati-müqəddəsləri,
Tacqoyma gününüz münasibətilə Sizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Əminəm ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər ümumbəşəri dəyərlərin təntənəsi naminə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, ali xidmətinizdə müvəffəqiyyətlər arzulayır, bütün həmməzhəblərinizə sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti