Moskva şəhər Məhkəməsi paytaxt prokurorluğunun qaldırdığı vəsatəti təmin edərək “Qeyri-Qanuni İmmiqrasiyaya Qarşı” İctimai Birliyini ( rusca DPNİ) ekstremist təşkilat elan edərək fəaliyyətini qadağan edib.
Məhkəmə qərarının əsasında prokurorluğun təşkilatın fəaliyyətinin qanunauyğunluğunun yoxlanılması barədə məhkəməyə etdiyi müraciət durub. Modern.az “Rosbalt” agentliyinə istinadən bildirir ki, yoxlama zamanı təşkilatın ekstrimist fəaliyyəti barədə sübutlar məhkəməyə təqdim edilib.
Məhkəmə təqdim olunan sübutları yoxlayaraq prokurorluğun iddiasını təmin edib.
Qeyd edək ki, ultramillətçi ünsürlərin toplaşıdğı bu təşkilat Qafqaz xalqlarına qarşı aqressivliyi ilə fərqlənib. Dəfələrlə bu təşkilatın fəalları tərəfindən azərbaycanlılar da daxil olmaqla digər xalqların nümayəndələri döyülüb və öldürülüb. Lakin hər dəfə müəyyən quvvələrin himayəsi ilə DPNİ rəsmiləri məsuliyyətdən kənarda qalıblar. Bu birliyin hər il noyabr ayında təşkil etdikləri “Rus marşı” milətçi dairələrin iştirakı ilə izdaihamlı aksiyaya çevrilirdi.
Modern.az