Modern.az

Nazirlik rayonlarda qanvermələr təşkil edir

Nazirlik rayonlarda qanvermələr təşkil edir

19 Aprel 2011, 10:50

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 15 aprel 2011-ci il tarixində Zaqatala Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. Nazirlikdən Modern.az saytına bildirilib ki, aksiya zamanı 172 nəfər könüllü olaraq qan verib.

Aprelin 18-də Yevlax Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. Aksiya zamanı 85 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?