Modern.az

Şimali Koreya Avstraliyanı nüvə zərbəsi ilə hədələyib

Şimali Koreya Avstraliyanı nüvə zərbəsi ilə hədələyib

Dünya

23 Aprel 2017, 09:26

Şimali Koreya ABŞ-ın Pxenyana qarşı siyasətini dəstəkləyəcəyi halda Avstraliyanı nüvə zərbəsi ilə hədələyib.

 

Modern.az xəbər verir ki, bu barədə ABC telekanalı xəbər verib.

“Avstraliyanın hazırkı hökuməti kor-koranə şəkildə ABŞ-ın siyasi kursunu dəstəkləyir. Əgər Avstraliya Şimali Koreyanın təcrid olunması və təzyiqlərə məruz qalmasında ABŞ-ı dəstəkləyərsə, bu həmin əraziyə Şimali Koreya strateji qüvvələrinin nüvə zərbəsi endirilməsi ilə nəticələnəcək”, - deyə XİN nümayəndəsi bildirib.

Şimali Koreyanın belə kəskin reaksiya verməsinə səbəb Avstraliya xarici işlər naziri Culi Bişopun Şimali Koreyadan nüvə təhlükəsi gəldiyini deməsi göstərilir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU