Modern.az

Ermənistana gələn Britaniyanın deputat qrupu Dağlıq Qarabağa getməyə hazırlaşır

Ermənistana gələn Britaniyanın deputat qrupu Dağlıq Qarabağa getməyə hazırlaşır

19 Aprel 2011, 13:29

İngilis deputatlarını işğal olunumuş torpaqlarmıza baronessa Koks aparır


Ermənistanda səfərdə olan Böyük Britaniya parlamentinin üzvləri Dağlıq Qarabağa getməyi planlaşdırırlar. Modern.az erməni informasiya resurslarına istinadən bildirir ki,  ingilis deputatlar baronessa Kerolayn Koksun rəhbərlik etdiyi erməni - Britaniya birgə parlament qrupunun təkibində işğal olunmuş torpaqlarımıza gedərək qondarma “DQR” nümayəndələri ilə görüşmək niyyətindədirlər.

Bu gün erməni parlamentinin spikeri Ovik Abramyan ilə görüşən ingilis deputatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi ilə maraqlanıblar. İlk dəfə Ermənistana gələn ingilis parlamentariləri erməni-türk münasibətlərinin normallaşması və Qarabağ danışıqlarının hazırkı periodu barədə məlumatlandırılıblar.

Xatırladaq ki, ermənilərin dostu kimi məşhur olan baronessa Koks bir neçə dəfə Dağlıq Qarabağa gəlib. Onun səfərləri Azərbaycan hakimiyyətinin ciddi narazılığı ilə müşayiət olunub. Bu səfərlə bağlı verilən açıqlamada Koksun səfərinin şəxsi xarakter daşıdığı açıqlanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?