Modern.az

Futbolçu intihar etdi

Futbolçu intihar etdi

23 Aprel 2017, 23:44

Türkiyədə futbolçu intihar edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, intihar edən “Qaziantepspor”un futbolçusu Frantişek Rajtoraldır. Çexiya millisinin də formasını geyinən futbolçu Qaziantepdə qaldığı evdə özünü tavandan asıb.

Belə ki, futbolçunun bütün gün evdən çıxmadığını görən qonşular bu barədə polisə xəbər veriblər.

Qeyd edək ki, intiharın ailə münaqişəsi zəminində baş verdiyi ehtimal edilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal