Modern.az

Səlim Müslümov mini-futbol və şahmat yarışının açılışını etdi

Səlim Müslümov mini-futbol və şahmat yarışının açılışını etdi

19 Aprel 2011, 13:48


Dövlət Sosial Müdafiə Fondunda görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Fondun strukturlarının komandaları arasında mini-futbol və şahmat turnirləri start götürüb. Bu münasibətlə keçirilən tədbirdə cıxış edən DSMF sədri Səlim Müslümov Heydər Əliyevin xalqımız üçün əvəzolunmaz xidmətlərindən danışaraq  bildirib ki, onun siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir.
“Bu gün respublikamızın həyatının bütün sahələrində ümummilli liderimizin müəyyənləşdirdiyi prinsiplər uğurla reallaşdırılmaqdadır”.
DSMF sədri vurğulayıb ki, Heydər Əliyev idman sahəsinə də xüsusi diqqət göstərib.
“Bu diqqət və qayğının sayəsində Azərbaycanda idmanın inkişafı və kütləviləşməsi üçün də mükəmməl baza formalaşıb, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək, dünya şöhrətli idmançılar hazırlamaq üçün mükəmməl zəmin yaranıb. Bu gün Azərbaycanda idmanın qısa müddətdə belə surətli inkişafı cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi sayəsində reallığa çevrilmişdir”.

 S.Müslümov bildirib ki, DSMF-də artıq neçə H.Əliyevin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlər həyata keçirilir. Bunlardan biri də mini-futbol turniridir. “Belə idman turnirləri gənclərin sağlam həyat tərzinə daim sadiq qalmalarında rol oynayır”.

Qeyd edək ki, mini-futbol və şahmat turnirlərinin qalibləri H.Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində müəyyənləşəcək, qalib komandalara kubok və medallar təqdim ediləcək.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?