Modern.az

Nemət Pənahlının məhkəməsində dava düşüb

Nemət Pənahlının məhkəməsində dava düşüb

19 Aprel 2011, 13:51

Bu gün xalq hərəkatının liderlərindən olmuş Nemət Pənahlının və onun yaxın dostu Ceyhun Fərzullayevin məhkəməsi olub. Modern.az “Yeni Müsavat" a istinadən bildirir ki, hazırlıq iclası saat 12-də Nəsimi Rayon Məhkəməsində başlayıb. İşə hakim Elman Əhmədov baxıb.

Hazırlıq iclasında ittiham olunanların vəkilləri müvəkkillərinin zaminə buraxılması barədə vəsatət qaldırıblar. Ancaq hakim E.Əhmədov bildirib ki, Nemət Pənahlı tanınmış və nüfuzlu adam olduğu üçün azadlıqda olacağı təqdirdə nüfuzundan istifadə edərək məhkəməyə təzyiq göstərə bilər. Beləliklə, hakim vəsatəti təmin etməyərək, məhkəmə prosesinin mayın 3-də davam edəcəyini bildirib.

Məhkəmə binasında həbs edilənlərin yaxınları ilə polislərin arasında qaşıdurma yaranıb. Asayiş keşikçiləri məhkəməyə gələnləri binadan zor tətbiq edərək çıxarıb.

Nemət Pənahlı və Ceyhun Fərzullayev yanvarın 8-də birlikdə tutulublar. Onlar Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham edilirlər. İttihamın əsasında vətəndaş Eldəniz Rzayevin şikayəti dayanır. Şikayətə görə, Nemət Pənahlı və Ceyhun Fərzullayev Bakının Mirəli Qaşqay küçəsində Eldəniz Rzayevi döyüb, ona yumruq və metal əşya ilə zərbə endiriblər.

Nemət Pənahlı ilə Ceyhun Fərzullayevin müdafiəçiləri bu ittihamı qondarma sayır və onların siyasi sifariş nəticəsində tutulduqlarını iddia edirlər.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?