Modern.az

Gürcüstan erməniləri saxta "soyqırım"la bağlı fəallaşıblar

Gürcüstan erməniləri saxta "soyqırım"la bağlı fəallaşıblar

19 Aprel 2011, 14:25

Gürcüstan ermənilərinin qondarma “erməni soyqırımı” ilə bağlı mövsümi fəallığı başlayıb. “Gürcüstan mənim vətənimdir” İctimai Birliyinin sədri Əli Babayev Gürcüstan ermənilərinin qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı cəhdlərinə münasibət bildirib. Onun sözlərinə görə, hər il olduğu kimi Gürcüstan ermənilərinin qondarma “erməni soyqırımı” ilə bağlı mövsümi fəallığı başlayıb. “Lakin əvvəlki illərdə olduğu kimi, Gürcüstan ermənilərinin ölkədə qondarma “soyqırımın” tanınması ilə bağlı göstərdiyi cəhdlər nəticəsiz qalacaq.
“Gürcüstan azərbaycanlıları da uydurma “soyqırımın” tanınmasına imkan verməyəcək!”, - Babayev deyib.  

Ə.Babayev soyqırım iddialarının araşdırılmasının tarixçilərin öhdəsinə buraxmağın və bu məsələnin siyasiləşdirilməməsinin tərəfdarı olduğunu qeyd edib.
“Bir sıra dövlətlərin arxivləri və nüfuzlu tarixçilər “erməni soyqırımı” ilə bağlı  iddiaları təkzib edir və etməkdədir”, - o deyib.

Qeyd edək ki, ötən həftə Gürcüstanın erməni icması prezident Mixail Saakaşvili, parlament sədri, fraksiyaları və erməni əsilli deputatlara “erməni soyqırımı”nın tanınması məsələsinə baxılması ilə bağlı müraciət edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?