Modern.az

Əvəz Temirxan: “ALP ilə VİP-in bir partiyada birləşməsi nəzərdə tutulmur”

Əvəz Temirxan: “ALP ilə VİP-in bir partiyada birləşməsi nəzərdə tutulmur”

19 Aprel 2011, 15:29

“AXCP və Müsavat bizim təkliflərə heç bir reaksiya vermədi. Odur ki, bu partiyalara yenidən hər hansı müraciət etməyin mənası yoxdur”.
“Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan İctimai Palatanın müxalifətin inteqrasiya prosesindəki yeri ilə bağlı sualı cavablandırarkən deyib. Ə.Temirxanın sözlərinə görə, hazırkı siyasi böhrandan çıxmaq üçün heç bir yeni təklifləri yoxdur. 

ALP ilə Vətəndaş İnkişaf Partiyası arasında münasibətlərin çox yaxşı olduğunu deyən Ə.Temirxan vurğulayıb ki, birgə fəaliyyətlərin davamı  üçün heç bir problem yoxdur.

ALP sədri bu əməkdaşlığın prezident seçkilərində də davam etdiriləcəyini bildirib.

“Hər iki partiya birləşə bilərmi” sualının cavabında ALP sədri bildirib ki, VİP-lə münasibətləri onsuz da çox yaxındır.
“Birləşmə ilə bağlı məsələ gündəmdə yoxdur. Biz müttəfiqlik münasibətlərindəyik. Bunu uğurla davam etdirəcəyik”-deyə Ə. Temirxan qeyd edib. 

ALP sədri AMİP-in İctimai Palatadan çıxması ilə bağlı məsələyə şərh verməkdən imtina edib. Ə.Temirxan qeyd edib ki, “bu İctimai Palatanın öz işidir və daxili işlərinə qarışmaq istəmirlər”.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?