Böyük Britaniyada fəaliyyət göstərən «Odlar Yurdu» təşkilatının təşəbbüsü ilə aprelin 30-da Çexiya Respublikasının paytaxtı Praqa şəhərində həvəskarlar arasında "Heydər Əliyev kuboku" uğrunda futbol turniri başlayacaq. Turnirin təşkilati işlərini "Odlar Yurdu"nun Çexiya üzrə nümayəndəliyi həyata keçirəcək. Təşkilatdan verilən məlumata görə, 12 ölkəni təmsil edən komandaların iştirak edəcəyi turnirin final görüşü mayın 7-də keçiriləcək.
Xatırladaq ki, “Odlar Yurdu” təşkilatı indiyə qədər bir neçə dəfə analoji yarışı Böyük Britaniyada təşkil edib.
Modern.az