Modern.az

ATƏT iqtidarı İsa Qəmbər və Əli Kərimli ilə dialoqa çağırdı...

ATƏT iqtidarı İsa Qəmbər və Əli Kərimli ilə dialoqa çağırdı...

19 Aprel 2011, 17:13

“Rəsmi məlumatlara əsasən, İctimai Palatanın həyata keçirməyə cəhd etdiyi 17 aprel nümayişi zamanı 65 nəfər saxlanılıb. Müxalifət partiyaları isə 150 nəfərin saxlandığını bildirir. Baş tutmayan nümayiş üçün bu sayda insanların saxlanması çox böyük rəqəmdir”.

ATƏT-in Bakı Ofisinin İctimai Palatanın son aksiyasına "Azadlıq" radiosuna verdiyi açıqlamada belə deyilir.

Qurumun mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov deyib ki, ATƏT-in Bakı Ofisinin müşahidəçiləri aksiya zamanı polisin həddən artıq önləyici tədbirlərə əl atdığını müşahidə ediblər:

“ATƏT-in Bakı Ofisi hesab edir ki, tərəflər siyasi dialoqu bərpa etməlidir. Çünki mitinqlər, siyasi aksiyalar xalqın özünü ifadə etmək azadlığıdır. Bu azadlıq bütün tərəflərə təmin olunmalıdır. Belə qərarların qəbul olunması zamanı bütün tərəflərin fikir və maraqları nəzərə alınmalıdır”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?