Modern.az

Suriyada hospital bombalandı: 14 ölü

Suriyada hospital bombalandı: 14 ölü

25 Aprel 2017, 15:10

Suriyanın İdlib vilayətində hospital hava zərbələrinin endirilməsi nəticəsində 14 nəfər həlak olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hava zərbələrinin Suriya yaxud Rusiya aviasiyası tərəfindən endirildiyi ehtimal olunur.

 

Həlak olanlar arasında xəstəxananın pasinetləri və bir neçə müxalifət döyüşçüsünün olduğu bildirilir.

 

İdlib Bəşər Əsəd müxalifətinin nəzarəti altında olan bölgələrdən sayılır.

 

Vüqar İSMAYILOV

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal