Modern.az

Elm Fondu qalibləri elan etməyə hazırlaşır

Elm Fondu qalibləri elan etməyə hazırlaşır

19 Aprel 2011, 19:03

Fonda daxil olan 184 layihədən 155-i texniki ekpertizadan keçib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2011-ci üçün 1-ci müsabiqəsinin nəticələri aprel ayının üçüncü ongünlüyündə açıqlanacaq. Bu barədə Fonddan Modern.az-a bildiriblər. Bununla bağlı Fondun layihə verən qrant iddiaçılarına ünvanlanan müraciətdə müvafiq məlumatlar verilib.

Elm Fondunun müraciətində deyilir ki, 2011-ci ilin 1-ci müsabiqəsinə 184 layihə daxil olub və bunlardan 155 layihə texniki ekspertizadan keçərək elmi ekspertiza mərhələsinə buraxılıb.

“Layihələrin sayının çox olması, konkret layihələrin bir neçə ekspertə göndərilməsi və bəzi layihələrin xarici ekspertlər tərəfindən qiymətləndirilməsi kimi faktorlar, həmçinin mart ayının xeyli hissəsinin bayram və istirahət günləri olması səbəbindən müsabiqənin nəticələrinin əvvəl planlaşdırıldığı kimi 4 aprel tarixində deyil, aprel ayının 3-cü ongünlüyündə açıqlanması qərara alınıb”-deyə açıqlamada bildirilir

Qeyd edək ki, Fond layihə qəbulu üçün  beş istiqamət müəyyən edilib. Humanitar və ictimai elmlər üzrə 25, Fizika-riyaziyyat üzrə 55, Yer haqqında elmlər üzrə 17, Biologiya. Tibb və aqrar elmlər üzrə 31, Kimya elmləri üzrə isə 27 layihə texniki ekspertizadan keçib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?