Modern.az

İlham Əliyev Şimon Peresi təbrik edib

İlham Əliyev Şimon Peresi təbrik edib

19 Aprel 2011, 19:19

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İsrail prezidenti Şimon Peresə təbrik məktubu göndərib. Məktubda deyilir:

- Hörmətli cənab Prezident,
İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?