Prezident İlham Əliyev Astara, Masallı və Salyan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Astara, Masallı və Salyan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentinin ehtiyat fondundan Astara, Masallı və Salyan rayonları icra hakimiyyətlərinin hər birinə 2 (iki) milyon manat məbləğində vəsait ayrılır.
Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunan qaydada təmin etməlidir.
***
İlham Əliyev şair, dramaturq Nəriman Həsənzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “Şərəf” ordeni ilə təltif edilsin.
Modern.az