Modern.az

Türkiyədə Fətullah Gülənin 800 tərəfdarı saxlanıldı

Türkiyədə Fətullah Gülənin 800 tərəfdarı saxlanıldı

26 Aprel 2017, 11:10

Türkiyə polisi ölkənin müxtəlif vilayətlərində Gülən hərəkatının tərəfdarlarına qarşı geniş əməliyyat keçirib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyatlar zamanı 803 nəfər saxlanılıb.

 

Əməliyyatlara 8,5 mindən artıq polis əməkdaşı cəlb olunub.

 

Xatırladaq ki, Türkiyə hakimiyyəti Fətullah Güləni 2016-cı il 15 iyul hərbi çevrilişinin əsas təşkilatçısı sayır.

 

Vüqar İSMAYILOV 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal