Modern.az

Ali məktəblər sənəd qəbulu başlandı

Ali məktəblər sənəd qəbulu başlandı

20 Aprel 2011, 12:56


Abituriyentlər üçün "Elektron ərizə" xidməti işə başlayıb

Aprelin 20-dən respublikanın  ali təhsil müəssisələrinə və  tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə  qəbulu başlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyandan verilən məlumata görə ərizə qəbulu internet vasitəsi ilə aparılacaq və mayın 31-dək davam edəcək. Sənədlərin təsdiqlənməsi prosesi isə aprelin 27-dən mayın 31-dək aparılacaq.

TQDK-nın saytında abituriyentləe üçün "Abituriyentin elektron ərizəsi" (//www.tqdk.gov.az/ali2011/) xidməti işə başlayıb.

Bu il ali məktəblərə qəbul imtahanları III qrup üzrə 3 iyul, I qrup üzrə 10 iyul, IV qrup üzrə 16 iyul, II qrup üzrə isə 22 iyul tarixlərində keçiriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər