Modern.az

Bakıda oğru dəstəsi tutuldu - dəstədə qadın da var

Bakıda oğru dəstəsi tutuldu - dəstədə qadın da var

27 Aprel 2017, 12:22

Aprelin 26-da saat 4 radələrində Nəsimi rayonu ərazisində yaşayan Səyyad Cəbiyevin mənzilinə aldatma yolu ilə girən 4 naməlum şəxs onun başına dəmir parçası ilə xəsarət yetirərək oradan içərisində 200 manat pul və sənədlər olan pulqabısını aparıblar.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini Murad Səfərov, Tərtər rayon sakini Gülər Bəxtiyarzadə və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Salahov tutulub, daha 2 nəfər isə müəyyən edilib.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal