Dünən saat 17:00 radələrində Gəncə Dəmiryol Stansiyasının ərazisində bədbəxt hadisə yaşanıb.
Modern.az ARB-yə istinadən xəbər verir ki, 58 yaşlı Şahin Məmmədov dəmiryol xəttini nəzərdə tutulmayan yerdən keçmək istəyərkən onu hərəkətdə olan qatar vurub.
Qatar Gəncə-Alabaşlı istiqaməti üzrə hərəkət edirmiş. Yaralı dərhal Gəncə şəhər TTYX-ya çatdırılıb.
İlkin məlumata görə, hadisə nəticəsində Şahin Məmmədov bir qolunu itirib. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının müayinə və müalicəsi davam etdirilir. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirilər.
Modern.az