Ermənistanın payaxtı Yerevanda Avropa Birliyinin nümayəndə heyətinin əməkdaşı saxlanıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, həmin şəxsi Avropa Birliyinin Ermənistandakı qrant proqramlarının koordinatoru olub. Adı açıqlanmayan şəxs maliyyə vasitələrini mənimsəməkdə ittiham olunur.
Bundan öncə, qrant vəsaitlərinin mənimsənilməsinə görə 10 nəfər barədə cinayət işi açılmışdı. Onlardan 1-I axtarışdadır.
Vüqar İSMAYILOV