Modern.az

Terror akt planlaşdıran alman zabiti həbs olundu

Terror akt planlaşdıran alman zabiti həbs olundu

27 Aprel 2017, 13:58

Almaniyanın Frankfurt şəhər polisi orduya zabiti kimi xidmət keçən 28 yaşlı şəxsi terrorizm ittihamı ilə saxlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbçi odlu silah əldə edərək ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradacaq aksiyaya hazırlaşırdı.

 

Onun 2015-ci ilin sonlarında Suriya qaçqını kimi Gessen şəhərində qeydiyyata düşdüyünü bildirib. Hazırda onun olduğu 16 ölkə birgə araşdırma aparır.  

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal